Yerləşdiyi yer

  

Abşeronun ən yaxşı yerlərindən birində bu qəsəbəni salarkən, biz Sizin həyatınızı mümkün qədər rahat etməyə çalışmışıq. Bu məqsədlə toxunulmamış təbiəti müasir rabitə vasitələri, keyfiyyətli infrastruktur və ərazinin layiqli tərtibatı ilə təchiz etmişik.

“Qobu Village”-də vaxtınızı necə daha rahat keçirmək haqda düşünməyə ehtiyac olmayacaq. Müxtəlif istirahət növləri qəsəbənin sakinləri və qonaqlarının sərəncamında olacaq. Əlbəttə ki, bu, ilk növbədə aktiv istirahətdir və bunun üçün də idman meydançası, basseyn və fitnes mərkəzi var.

Balacalar üçün yaraşıqlı bir uşaq meydançası var. Yeniyetmələr çox böyük məmnuniyyətlə qəsəbədə velosiped, rolik və ya skeyt sürə bilərlər.

Qəsəbədəki bütün elektrik, qaz və su şəbəkələri ya torpağın altı, ya da çox səliqəli bir şəkildə hasarlar boyunca çəkilmişdir. Küçələr qarışıq şəbəkələr olmadan çox yaraşıqlı və səliqəli görünür və başınızın üzərindəki təmiz səmaya baxmağa sizə heç nə mane olmur.

Ümumiyyətlə “Qobu Village”-dəki rabitə xətləri qürur mənbəyidir.

Üstünlüklərimiz
image
Yaşayışa hazır
image
Bütün komunikasiyalar çəkilib
image
Yaxınlıqda məktəb və uşaq bağçası var
image
Maqistral yoldan uzaq
image
Əlverişli maliyyə şərtləri

Bizi seçdiyiniz üçün minnətdarıq!

Sizin sifariş göndərildi.
Biz Sizinlə yaxın zamanda əlagə saxlayacağıq.